Prezervativ nə işə yarayar
Cinsi əlaqə əsnasında prezervativ istifadəsi yalnız hamilə qalmağı deyil, cinsi xəstəliklərə qarşı da qorunmağı təmin edir. Halbuki çox vaxt prezervativə nə gərək var deyərək, qorunmasız cinsi əlaqələr reallaşar.
Qorunmasız cinsi əlaqə səbəbiylə yayılan cinsi xəstəliklər qadınlara daha çox təsir edər. Bu xəstəliklərdən qorunmanın ən təsirli yolu isə prezervativ istifadə etməkdən keçir. Qorunmasız cinsi əlaqə ilə qadınlara yoluxan xəstəliklərin siyahısı bir xeyli artar.
Mütəxəssislərə görə, edilməsi lazım olan iş çox sadədir: Prezervativin yalnız doğum idarəsi üçün deyil, cinsi əlaqə ilə yoluxan xəstəliklərin qarşısın almaq üçün istifadə edildiyi unudulmamalıdır.
Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Aykut Coşğun, həm qadınlar, həm də kişilər baxımından çox ciddi fsadlar meydana gətirən xəstəliklər haqqında bunları söyləyir:
"Cinsi əlaqəy ilə qadınlara yoluxan xəstəlikləri HIV (AIDS), HPV (genital yaralar və rəhm ağızı xərçəngi virusu), herpes (genital uçuq), sifilis, hepatit B, süzənək, şankrlar (yumşaq yara), granüloma, mikoplazma, üreoplazma, klamidya, molluskum, kasıq biti kimi bir çox yoluxucu infeksiya olaraq sıralamaq mümkündür. Qorunmasız cinsi əlaqə, xroniki pelvik infeksiyalardan xroniki pelvik ağrıya, sonsuzluqdan, rəhm ağızı, vajina və vulva xərçənginə, hepatit B virusu ilə qaraciyər sirozuna və AIDS-ə qədər gedən çox sayda sistematik xəstəliyə səbəb olmaqdadır. Xüsusilə bu infeksiya növlərinə məruz qalmış qadınlar, aktiv yoluxucu rolu da "boynlarına" götürərlər. Kişilərdə isə genital bölgələr, penis xərçəngi, xroniki prostat iltihabı və sistematik xəstəliklərə, xüsusən də Hepatitə və AIDSə səbəb olar."
Op. Dr. Aykut Coşğun, qorunmasız cinsi əlaqənin ən təəccüblü nöqtələrindən birinin də yeni doğulanların infeksiyaları olduğunu söyləyir. Coşğuna görə, qadınların vajinal doğum ilə dünyaya gətirdiyi körpələrin bədənlərində də sifilis, süzənək və uçuqla qarşılaşılır. Xüsusilə, bütün doğum şəkillərində körpə sistematik infeksiyalara məruz qalır.
Prezervativ nə işə yarayar?
Mütəxəssislərə görə, bütün bu nəticələrin önünə keçə bilmək üçün prezervativ istifadə etmə şüurunun mütləq yaradılması lazımdır. Prezervativin yalnız bir hamiləlikdən qorunma vasitəsi olmadığı, AIDS başda olmaq üzrə cinsi funksiya pozuqluğuna gətirib çıxaracaq və həyat keyfiyyətini salacaq bir çox xəstəliyə qarşı ən yaxşı qorunma üsulu olduğu cəmiyyətə yaxşı izah edilməlidir.