Orqazm

Sam Williams 01/02/2020

Orqazm - cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin ən üst səviyyəsidir. Orqazm vəziyyətində hər iki cinsin nümayəndəsində boşalma baş verir və bir sıra ümumi simptomlar yaşanır. Bunlardan cinsi orqanın qızarması, nəfəs və ürək döyüntüsünün sürətlənməsi və ani yorğunluğu misal göstərmək olar. Orqazm vəziyyəti cinsi əlaqə zamanı və ya masturubasiya nəticəsində baş verə bilər. Orqazm normal insan bədənində 10 - 20 saniyə davam edir. Ancaq bəzi cinsi həzzi gücləndirən dərmanların hazırlanmasından sonra, bu müddəti daha da uzatmaq mümkündür. Kişilərdə orqazm prosesi qadınlara nisbətən daha tez baş verir. Qadınlarda orqazmın gec əldə olunmasına baxmayaraq, orqazm baş verdikdə, həzz kişilərə nisbətən daha şiddətli olur. Tanınmış alim Uliyam Ric orqazm prosesini cinsi əlaqə dövrünün IV mərhələsi olan boşalma termini ilə izah etmişdir.

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.

Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir.
Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.
Həmçinin mütəzəm seks yuxusuzluğun dərmanıdır. Gün ərzində yığılan gərginlik aradan qalxır və beləliklə insan rahatlaşaraq yuxuya getməyə hazır olur.
Orqazm zamanı biz infeksiyaları məhv edən fizioloji reaksiya keçiririk (temperaturun yüksəlməsi, tərləmə, nəbzin sürətlənməsi).
Cinsi əlaqə zamanı eyni vaxtda orqazm olan partnyorlar daha uzun müddət evli qalırlar.
Statistikaya əsasən qadınların cəmi 30% mütəmadi olaraq seks zamanı orqazm yaşayırlar. Daha 30% cinsi akt zamanı orqazm hissini əlavə stimullaşdırmanın hesabına (misal üçün klitorun əllə stimullaşdırılması) əldə edə bilirlər, yerdə qalan qadınlar isə klassik seks zamanı heç bir vaxt orqazm hissi keçirmirlər. Lakin misal üçün oral seks, klitorun əllə stimulaşdırılması, masturbasiya və s. üsullarla həzzin pik nöqtəsinə çata bilirlər. Əgər siz axırıncı qadınların aid edildiyi qrupa daxilsinizsə, özünüzü tam olmayan kimi hesab etmək lazım deyil.
Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır. Bəzi qadınlar klitoral və ya vaginal seksin faydalı olduğunu soruşurlar. Fizioloji nöqteyi-nəzərdən onlar arasında fərq yoxdur. Çünki bu və ya digər yolla orqazm qadın orqanizminin özəlliyindən asılıdır. Həmçinin qadının əhvalı və ya ümumi abu-havadan çox şey asılıdır. 25% pasiyent partnyorla birgə seks zamanı orqazmın baş verməməsindən şikayətlənirlər. Lakin özləri özlərini problemsiz qane edirlər. Orqazm nədir? sualının cavabı kimi onu demək olar ki, orqazm – çox incə məsələdir. Adi miqren və ya partnyorun fısıltısı onu hürkdürə bilər. Lakin bundan başqa hər birimizin seksual meyilliyimiz var (psixoloji və ya fizioloji), onlar haqda biz yataqda unuduruq. Fantaziyalarınızı yada salın, çalışın sevgilinizlə yataqda olarkən məhz bu cür vəziyyət yaradasınız. Bu zaman orqanizminiz həzzi qəbul etmək üçün hazır olacaq.

Ekstaz zirvəsində olmaq

Yeri gəlmişkən orqazma çatmaq daha asan olur:

sevişərkən ayağınızda yun corab varsa – isti ayaqlar orqazma çatmanı 30% artırır. Hollandiya alimləri bu fikrə gəliblər.
Partnyorun intellekti yüksəkdirsə və ya qadınla eynidirsə, alman alimləri bu fikrə gəliblər
Partnyor kifayət qədər varlıdırsa: kişinin gəliri nə qədər çoxdursa, qadın orqazmının sayı da artır. Avstraliyalı kişilər bu qənaətə gəliblər.
Zümrüd rəngli yataq dəstində sekslə məşğul olursunuzsa. Bu rəng insanı həyəcanlandırır və cürətə gətirir.
Seksdən əvvəl vanilli dondurma yemək – bu seksual hissiyatı artırır və orqazmı daha parlaq edir.
Orqazm ilk növbədə qadının beynində baş verir. Bu söz boş yerə deyilməyib. Çalışın maksimal sakit şərait yaradasınız. Vacib məsələləri və ya münasibətləri həll etməyin. Əsas odur ki, özünüzün nə dərəcədə cəlbedici olduğunuzu hiss edəsiniz. Yaraşıqlı alt paltarı seçin, vanna qəbul edin. Çalışın bütün neqativ fikirləri və hadisələri kənara atasınız. İncəliyə, zərifliyə yer ayırın. Bir-birinizə sığal çəkin. Əmin olun sizdə alınacaq. İstədiyinizi deməkdən çəkinməyin. Cəsarətli olun. Qarşınızdakı yad insan deyil və o heç vaxt sizin istəklərinizə gülməyəcək. Qadınlarla kişilərin orqazma çatmaq vaxtları fərqlidir. Seksoloq Alfred Kingzlinin dediyinə görə, 75% kişilər orqazma cinsi əlaqədən 4 dəqiqə sonra çatır, qadınlarda isə bu vaxt 10-20 dəqiqə arasında dəyişir.

Anorqazmiya

Anorqazmiya seksual funksiyanın elə bir pozuntusudur ki, o orqazm yaşama qabiliyyətinin olmaması ilə xarakterizə edilir. Bəzi tədqiqatların nəticələrinə görə qadınlar 10% qədəri bu pozuntudan əziyyət çəkir.

— İlkin anorqazmiya: qadın həyatında heç bir zaman orqazm yaşamamışdır (hətta masturbasiya zamanın da).
— İkinci anorqazmiya: qadın əvvəllər orqazm həzzini yaşayıb, lakin son zamanlar bu qabiliyyətini itirib.

Məşhur türk psixoterapevti Cem Keçenin orqazm ola bilməyən qadınlara verdiyi tövsiyələr

Düzgün nəfəs — Orqazm olmayan qadınlar yaxınlıq zamanı arxası üstə yataraq ayaqlarını kişinin çiyinlərinə, ya da çiyin hissəsinə qaldırmalı və əllərini qarnına qoyaraq dərin nəfəs almalıdır. Bu, orqazmı asanlaşdıran ən yaxşı üsuldur.

Orqazm olmaq üçün sevişərkən aktiv olun — bunu da ən yaxşı şəkildə qadın ombasını önə itələyərək, yəni hərəkət etdirərək edə bilər.

Sevgi əzələlərini işə salın– Vaginada sevgi əzələləri adlanan pelvik əzələləri orqazma çatmanın təminatıdır. Sevgi əzələlərini cinsi yaxınlıqdan başqa vaxtlarda da aktiv işlətmək lazımdır. Tualetə gedəndə, iş yerində, ya da oturarkən pelvik əzələləri sidiyə gedirmiş kimi gəvşədin və sidiyi tutub saxlayırmış kimi dartın.

Orqazm üçün ön sevişmə müddətinə diqqət edin — Orqazmı güclü şəkildə hiss etmək, ya da sadəcə orqazm ola bilmək üçün ön sevişmə olduqca vacibdir. Doyduğunuz qədər yaşadığınız ön sevişmə uzun bir cinsi birləşməyə zəmanət verir.

Müntəzəm idman edin– İdman cinsi istəyi artırır və cinsi həyat müddətini uzadır. Bundan başqa idman orqazmı asanlaşdırır. Cinsi orqanlara gedən qan təzyiqini artıran idman kişilərdə cinsi birləşmə müddətini də artırır.

'Yaxşı ye, güclü orqazm yaşa– Cinsi zövqü əngəlləyən yorğunluq hissinin qarşısını almaq üçün süd, yerfındığı, ət, balıq, pendir, yumurta, lobya, buğda və yaşıl tərəvəzlərdə olan Lyosin maddəsi, arpa, qaraciyər, noxud, süd, lobya, düyüdə olan B1 vitamini, qatıq, yaşıl tərəvəz, göbələkdə olan B2 vitamini qadınlarda vagina elastikliyini və hərəkətliliyini artırır.

Kişi və qadınlarda orqazm

Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı “orqazm” adını daşıyır (“orqazm” yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı terminlər mövcuddur, bunlardan ən geniş yayılan­ları - “ekstaz” və “affekt”dir. Fransız dilindən tərcümədə ekstaz - cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə - “hisslərin çılğıncasına ifadəsi” deməkdir.

Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma - orqazm ilə başa çatır.

Kişilərdə orqazmın necə baş verdiyini qadınların bilməsi vacibdir. Kişilərdə cinsiyyət vəziləri daim spermatozoidlər yetişdirir və bunlar toxum kisəsinə yığılır. Toxum kisələri dolduqda, bu barədə seksual mərkəzə siqnal gön­dərilir. Bu mərkəzin qıcıqlanması davranışa öz təsirini göstərir - kişidə boşalmaq, hasilə gəlmiş toxumlardan azad olmaq istəyi yaranır. Kişilərdə müəyyən fasilələrlə üzə çıxan bu hiss qadınlara, onların fizioloji quruluşu səbəbindən tanış deyildir. Bunu da bilmək lazımdır ki, cinsiyyət orqanlarının oyanıqlığı baxımından kişilərin sinir sistemi qadınlara nisbətən daha həssasdır. Boşalmaq arzusunda olan ki­şi ən müxtəlif qıcıqlandırıcıların təsiri ilə çox tez vəcdə gəlir. Cinsi akt başladıqda, “seks aclığı” çəkən kişinin şəhvət duyğuları qısa müddət ərzində şiddətlənir və orqazmla ba­şa çatır. “Seks cəhətdən tox” kişi şəhvət duyğularının artmasını daha sakit və tədricən qavramağa, hətta hansısa mənada bu hisslərə nəzarət etməyə və bunun nəticəsində cinsi əlaqəni uzatmağa qabil olur.

Cinsi əlaqə zamanı həzz hissini keçirən əsas orqan fallos, daha doğrusu, onun başcığıdır. Xoş hisslər məhz tənasül alətinin başcığında başlayır və güclənir, sonra bu həzz hissi onun cismini, orqazm zamanı isə bütün orqaniz­mini bürüyür. Belə vaxtda kişi inildəməyə, fısıltı ilə nəfəs almağa başlayır, pıçıltıyla və ya ucadan təşəkkür sözlərini söyləyir və ya minnətdarlığını ifadə etməli olan qəribə səslər çıxarır.

Orqazm şəklində boşalma baş verdikdən sonra kişinin cinsi şövqü sönməyə başlayır. Müxtəlif kişilərdə cinsi istəyin bərpası müxtəlif şəkildə və yaşdan, fərdi xüsusiyyətlərdən, şəraitdən və əlbəttə ki, qadından asılı olur.

Kişinin isə qadın orqazmı və onun xüsusiyyətləri haqqında az-çox dolğun təsəvvürü olmalıdır.

Vəcdəgəlmə zamanı insanda oksitosin hormonu yaranır, bu maddə orqazma nail olmaq üçün lazımdır və o, qadınlarda qat-qat çoxdur. Buna görə qadınlarda orqazm daha gur keçir. Lakin qadın kişiyə nisbətən gec vəcdə gəlir. Bunun da nəticəsində, qadın orqazm həddinə gəlib çatana qədər, kişi artıq cinsi aktı qurtarmağa macal tapır. Buna görə cinsi aktı bu xüsusiyyətləri nəzərə almaqla qurmaq lazımdır, o zaman tam bir harmoniya və qarşılıqlı təminat olar. Unutmaq lazım deyil ki, seksin mənası yalnız sadəcə sevişmək, əks cinslər arasında cinsi əlaqə deyil, o həm də böyük emosional təsiri olan prosesdir. Lakin onu da nəzərə almaq lazımdır ki, qadın nəvazişlərə daha həssas olduğundan, ehtiraslı öpüşlər, döşlərə yaxud yanbızlara sığal çəkilməsi, hətta qulağa pıçıldanan ehtiraslı sözlər və s. nəticəsində də onda orqazm baş verə bilər. Ona görə də öpüşməyə ciddi fikir vermək lazımdır.

Qadınlarda ən geniş yayılmış orqazm - klitoral orqazmdır. O, əsasən klitorun qıcıqlanması sayəsində yaranır.

Sonra yayılma dərəcəsinə görə vaginal orqazm gəlir. O, fallosun uşaqlıq yolunun aşağı hissəsinə, konstriktor adlanan əzələyə təzyiqi nəticəsində yaranır.

Bir də uşaqlıq orqazmı mövcuddur ki, o da uşaqlığın boynunun qıcıqlanması nəticəsində əmələ gəlir.

Zahirən qadınlarda orqazm kişilərdəki kimi yeknəsəq keçmir. Fərdi xüsusiyyətlərdən, yaşdan, orqazmın bu və ya digər növündən asılı olaraq reaksiyalar müxtəlif ola bilər. Qadınlar inildəyə, gülə, ağlaya, dişləyə, qışqıra, başını itirə bilər.

Qadınlarda orqazm qalxanvari, sürəkli (hətta bir neçə dəqiqə çəkə bilər), dalğavari (uzun müddət ərzində), təkrarlı (qadının oyanıqlıq dərəcəsindən, cinsi əlaqənin davamiyyətindən asılı olaraq bir cinsi akt ərzində orqazm 4-5 dəfə və daha çox) ola bilər. Özü də ikinci və üçüncü orqazmlar birinciyə nisbətən daha güclü və ləzzətlidir. Müasir seksoloqlar belə hesab edirlər ki, bütün qadınlar çoxsaylı orqazma qabildir, lakin əsl həqiqətdə onların yalnız 30 faizi bu təkrarsız duyğunu keçirə bilirlər. Sürəkli (uzun sürən) orqazma aid misal:

“Mənim arvadım yataqda həmişə orqazm keçirən çox vaxt qısa müddət ərzində 6-7 dəfə “boşalır”. Bir ay bundan əvvəl belə bir hadisə baş verdi. Bir həftəlik nəfs saxlamadan sonra axşam о, bərk vəcdə gəlmişdi. Biz уataqda sevgiylə həmişəkindən çox məşğul olduq və arvadım birdən-birə sanki “quduzlaşdı”. Gözləri hədəqədən çıxmışdı, vəhşi kimi nərildəyir, dişlərini bir-birinə sürtürdü. Sonra о məni vurmağa, var gücüylə dişləməyə başladı. Mən zəif adam deyiləm, bununla belə onu bütün bədənimlə yatağa sıxaraq güclə saxlayırdım. Təxminən üç dəqiqədən sonra о, sakitləşdi, ancaq heç nə yadında deyildi. Mən ondan soruşdum ki, axı nə olmuşdu, o dedi ki, heç nə yadında deyil, bircə o yadındadı ki, sonsuz, fasiləsiz orqazm keçirirdim, əlim, yaxud ayağım ilə istənilən hərəkət təkrarsız bir həzz hissi bəxş edirdi”.'

Bəzi qadınlar orqazmın ən ali nöqtəsində olarkən, buna müxtəlif cür, o cümlədən müxtəlif maye axıntıları ilə reaksiya verirlər. Müəyyən olunub ki, qadın orqazmı zamanı müşahidə edilən üç növ maye var. Birinci maye cinsi oyanma zamanı əmələ gələn “sürtgü yağıdır”; ikinci növ “maye” adi orqazm zamanı ifraz edilən mayedir; üçüncü növ "maye" - qadın regenerativ mayesidir (kişi sperması ki regenerativ maye də kişi və qadınların sağlamlığı üçün çox faydalıdır). Qadınların böyük əksəriyyətinin heç vaxt ifraz etmədiyi bu maye "G" – ləkəsindən törəyir. İndi isə qadın orqazmı ilə bağlı problemləri qısaca da olsa nəzərdən keçirdək.

Əsas problemlərdən biri ondan ibarətdir ki, cinsi aktın davamiyyəti (müddəti) qadında hətta bir orqazm üçün də kifayət etmir. Özü də bu problem ilk növbədə kişi ilə bağlıdır. O, gərək öz gücünü elə hesablasın ki, onun orqazmı qadın orqazmı ilə üst-üstə düşsün. Bunun üçün qadınla müvafiq “iş” aparmaq, yəni ona nəvaziş (bu söz geniş mə­nada başa düşülməlidir) göstərərək, ən oyanıqlı erogen zonaları stimullaşdırmaq, “canlandırmaq” lazımdır. Qadın da öz növbəsində, masturbasiya zamanı əldə olunmuş təcrü­bədən istifadə edərək, kişini başa salmalıdır ki, hansı “nöqtənin” stimullaşdırılması ona daha çox həzz verə bilər.

Yalnız qadın fallosun onun daxilinə yeridilməsini tələb etdikdən, yaxud hansısa vasitə ilə kişiyə seksə artıq hazır olduğunu işarə verdikdən sonra cinsi akta başlamaq olar. Cinsi əlaqəyə tələsmədən və bu zaman tam vəcdə gəlmədən başlamaq lazımdır. Əgər şəhvət hissi surətlə güclənməyə başlasa, fallosun hərəkətini ləngidin, yaxud dayandırın: Hətta onu çıxara da bilərsiz.

Sakitləşəndən sonra öz işinizə davam edin. Bu məqsəd üçün kişi üçün əlverişsiz olan pozalardan da istifadə oluna bilər. Belə ki, narahat poza kişini istər-istəməz şəhvət hissindən yayındırır və bu cinsi aktı uzatmağa imkan verir.

Qadın kifayət qədər vəcdə gəldikdən və ya orqazm keçirdikdən sonra kişi daha əlverişli pozaya keçib, öz kişilik “qüdrətini” bütün dolğunluğu ilə nümayiş etdirə bilər.

“Seriyalı” orqazma nail olmaq üçün qadın fəal olmalı, kişini öyrədib istiqamətləndirməli, onun ehtirasını bacarıqla tənzim etməlidir.

Nəhayət, bunu da deyək ki, xüsusi məşqin köməyi ilə orqazm zamanı yığılıb açılmaq qabiliyyətinə malik əzələləri möhkəmlətmək mümkündür. Bu, qadın hissiyatı və hassaslığını artırmağa, şəhvət hissinin daha tez oyanmasına imkan verir.

Bunun üçün siz ilk növbədə, sidik ifrazatı zamanı gərilən və boşalan əzələni müəyyən edin. Həmin əzələni tanıdıqdan sonra gündə 25 dəfə onu sürətlə gərildib boşaltmağı öyrənin. Əzələni gərildin və üç saniyə bu vəziyyəti saxlayın, sonra boş buraxın. Artıq 1-2 həftədən sonra məşqin faydasını aydın hiss edəcəksiniz. 

Source : https://az.wikipedia.org/wiki/Orqazm

People photo created by yanalya - www.freepik.com