Cinsi əlaqə üçün ən yaxşı yer haradır? - Bu həzz nə qədər kalori yandırır? – Alimdən açıqlama

16/01/2021

Menopoz və libido (lat. libido - ehtiras, nəfs, istək - Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir)  üzrə mütəxəssis Shahzadi Harper cinsi həzz üçün  ən yaxşı yerin  mətbəx olduğunu iddia edir!

Mütəxəssis hər nə qədər gigiyenik mühit kimi görünməsə də, mətbəxin yataq otağında yaşanılan cinsi həzzi iki dəfə artırdığını bildirib. 

Həkim Shahzadi Harper deyib ki, görünüşə görə mətbəx kalori yandırmaq baxımından çox  yaxşı bir yerdir. 

 Kalori yandırmaq istəyən qadınlar mətbəxi seçməlidir

Uzun illər seksin neçə kalori yandırdığına dair araşdırmalar aparılıb.   Bəziləri 30 dəqiqəlik güclü bir seansın 150 kaloriyə qədər yandırdığını açıqlayıb. 

Cinsi əlaqə qaçışdan çox kalori yandırmır

Montreal Universitetində bir qrupun apardığı araşdırmalarda qaçarkən və sevişərkən yandırılan kalorilər müqayisə edilib  və qaçmağın hər dəfə daha təsirli yağ yandırıcı olduğu məlum olub. 

Qadınlar qaçış əsnasında 30 dəqiqə boyunca ortalama 213 kalori,  kişilər isə tam 276 kalori yandırır. 

 30 dəqiqə sekslə məşğul olan  kişilər 101 kalori, qadınlar isə  69 kalori yandırır.  Yəni həm qadınlar, həm də kişilər dəqiqədə ortalama 3,6 kalori yandırır. 

“Seks əsnasında yandırılan kalori sayı əlbəttə bir seansdan digərinə nisbətdə böyük ölçüdə dəyişir, bu səbəblə nə qədər tərli və nəfəssiz qalsanız, o qədər çox kalori yandırmış olarsınız” –deyə mütəxəssis bildirib.