Ac qalmaq cinsi həyata pis təsir edir
"University of California”nın alimlərindən biri olan Alis İli aclığın qadınların cinsi həyatına təsirini araşdırıb. Professorun "Appetite” jurnalında yayımlanan araşdırmasına görə, qadınlar ac olanda seksə maraqlarını itirirlər.
Tədqiqata cəlb edilən könüllü iştirakçıların beyinlərinin romantik əhval-ruhiyyəli və erotik fotolara verdiyi reaksiya ölçülüb. 8 saat ac saxlanılan qadınların beyni fotolara heç bir reaksiya verməyib. Yemək yedikdən sonra eyni fotolara yenidən baxan qadınların beyninin müəyyən bölgələrində güclü fəaliyyət müşahidə edilib. Professor bildirir ki, "ac olanda narahat və əsəbi oluruq, doyduqdan sonra isə daha pozitiv şeylər düşünməyə və hiss etməyə başlayırıq”. Professor eyni testi kişilərlə də etməyi planlaşdırır.