Cinsi Əlaqənin xeyirləri
Seks gözəlləşdirir: Normal cinsi həyat qadını gözəlləşdirir. Seksdən əvvəl və sonra qadın vücudu bol miqdarda estrogen ifraz edir. Bu hormonun sayəsində saçlar daha parlaq görünür və tez uzanır. Bundan başqa, dəri hüceyrələri daha çox nəm qazanır. Hüceyrələr yenilənir, dəri elastik və yumşaq olur. Üzdəki kiçik qırışlar estrogen sayəsində düzəlir, eləcə də sellülitin yaranmasının qarşısını alır.
Seks gəncləşdirir: Ehtiraslı öpüş 34 əzələnin işləməsi deməkdir. Seks zamanı isə qarın, ayaq və arxa nahiyənin əzələləri çalışır. Anti-yaşlanma üçün idmanın faydalı olduğunu düşünürsünüzsə, o zaman seks ən yaxşı idmandır. Seksin faydalı təsiri sayəsində ruh da gənc qalır. Seks zamanı damarlar genişlənir, bunun nəticəsində, ürək xəstəlikləri ilə qarşılaşmaq ehtimalı azalır.
Seks immun sistemini gücləndirir: Aparılan araşdırmalara görə, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sistemi üzərində 30% nisbətində artırıcı təsir edir. Normal şəkildə vaxtlı vaxtında cinsi yaxınlıq infarkt, xərçəng və depressiyanın riskini azaltdır. Nəticədə, siz xəstəliklərə qalib gəlirsiniz.
Seks mükəmməl ağrı kəsicidir: Seks zamanı ifraz olunan endorfin hormonu beyindəki ağrı mərkəzinə təsir edir. Sevişmə zamanı əzələlərin hərəkəti sayəsində qan dövranı güclənir, bu da bir çox ağrının kəsməsinə kömək edir. Başa düşdüyünüz qədər, seksdən qaçmaq üçün "başım ağrıyır” bəhanəsinə ehtiyac yoxdur.
Seks arıqladır: İdeal çəkini qorumaq üçün seks ən yaxşı vasitədir. Hər sevişmədə bədən 500 -1000 kalori yandırır. Təbii ki, yandırdığınız kalorinin miqdarı seks formalarından asılıdır. Məsələn "qaşıq” pozası zamanı təxminən 27 kalori, missioner pozasında 40 kalori, suda sevişən zaman təxminən 50 kalori yandıraraq kilo verilir. Bu pozaların hamısının edilməsi isə daha çox kalori verməyiniz deməkdir.
Xoşbəxtlik hormonu ifraz olunur: Araşdırmalara görə, seks zamanı yaşanılan məmmuniyyət hissi təqribən 24 saat davam edir. Tez-tez sekslə məşğul olan insanlar daha səmimi olurlar, depressiyaya düşmək ehtimalları daha az olur. Seks əsnasında qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlar arasındadır. Həftədə 3 dəfə seks edən qadınlar, ən az 10 yaş daha gənc və gözəl görünürlər!
Stressdən azad edir: Normal cinsi həyatın, beyin üçün də faydası böyük. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan çox daha çox işləməsi olmasıdır. Üstəlik, sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər seksi təklif edir.
Nizamsız cinsi həyat yuxu probleminə gətirib çıxarır: Amerikalı alimlərinin apardığı araşdırmad nizamlı cinsi həyatları olan və ya idman edən kəslərin yuxu problemləri ilə çox daha az qarşılaşdığı məlum olub. Tucson Universiteti mütəxəssisləri tərəfindən aparılan araşdırmada normal cinsi həyatı olan kəslərin, cinsi həyatı problemli olanlara görə, daha az yuxu problemiylə qarşılaşdığı bildirilib. Mütəxəssislər bu vəziyyətin idman etməklə əlaqəsi tapıldığını, "seksin də bir növ idman" olduğunu ifadə ediblər.