Hansı bürcün kişiləri yataqda daha yaxşıdır?
Kişilərin hamısı yataqda eyni cür davranmırlar. Bu onların xarakterindən birbaşa asılı olsa da başqa nüansların da buna təsiri böyükdür. Xüsusən də bürclərin.
Belə ki araşdırmalar eyni bürc altında doğulan kişilərin seksdə oxşar davranışlar sərgilədiyini ortaya çıxarıb.
Qoç
Bu bürcün nümayəndələri uzunmüddətli münasibət adamlarıdır. Lakin heç də darıxdırıcı deyillər. Qoç kişiləri yataqda qarşı tərəfin həzz almasına önəm verirlər və partnyorlarına bu həzzi yaşatmağı yaxşı bacarırlar. Partnyordan asılı olmayaraq qoruyucudan istifadə etməyi sevmirlər.
Buğa
Tənbəllikləri yataqda özünü büruzə verir. Onlar təşəbbüsü qarşı tərəfə verməyi seçirlər. Öz istəkləri ilə pozları tez-tez dəyişmək də buğa kişilərinə uyğun deyil. Lakin partnyorun istəyindən asılı olaraq, müxtəlifliyə razılıq verə bilərlər.
Əkizlər
Seksdə olduqca kreativdirlər. Məkanın onlar üçün elə də əhəmiyyəti yoxdur. Hər yerdə cinsi əlaqədə ola bilirlər və adətən bunu özləri təklif edirlər. Eyni zamanda seks oyuncaqlarından istifadəyə də meyllidirlər. Lakin əkizlər münasibətdən nə qədər həzz alsalar belə, bunu büruzə vermirlər.
Xərçəng
Bu bürcün kişiləri qadınların monotonluğu sevmədiyi qənaətindədirlər. Buna görə də tez-tez pozları dəyişməyə maraq göstərirlər. Lakin özləri də dəyişiklikdən narahat olurlar. Nadir hallarda davamlı olaraq cinsi əlaqədə olurlar. Bəzən həftələrlə cinsi münasibətdən uzaq qalmağı seçirlər.
Şir
Cinsi akt zamanı özlərini kameralar qarşısında təsəvvür edirlər. Qarşı tərəfin emosiyalarının onlar üçün elə də əhəmiyyəti yoxdur. Onlar yalnız özlərini göstərməyi və daha yaxşı hiss etməyi arzulayırlar. Qarşı tərəfə özlərinin ən yaxşı olduğunu nümayiş etdirmək şir kişiləri üçün önəmlidir.
Qız
Onlar seksdə hər şeyi ardıcıl olaraq, sürprizlərə yer vermədən edirlər. Bu bürcün kişiləri partnyorlarını orqazma çatdırmaq üçün çox çalışır və demək olar ki, əksər hallarda uğur qazanırlar. Bunu bacarmadıqda isə qarşı tərəfin heç olmasa orqazmı təqlid etməsini istəyirlər.
Tərəzilər
Duyğular, sevgi və romantikaya önəm vermirlər. Tərəfdaşn bacarığı tərəzi kişiləri üçün əsas şərtdir. Yataqda texnikaları yüksək olsa da, ehtirasları üçün eyni şeyi demək olmaz. Nəyi, necə etmək lazım olduğunu yaxşı bilirlər, buna görə də, həm özləri, həm də partnyorlarına eyni həzzi yaşatmağı bacarırlar.
Əqrəb
Heç vaxt yorulmurlar. Bir neçə dəfə cinsi münasibətdə olub, cəmi on dəqiqə fasilə verdikdən sonra yenidən növbəti akta hazır vəziyyətə gəlirlər. Çox kreativdirlər və davamlı olaraq yeni pozlar təklif edirlər. Qarşı tərəfin imtinası isə onlar üçün qəbul edilməzdir. Yataqda dominant tərəf olmağı sevirlər.
Oxatan
Çox ehtiraslıdırlar. İlk baxışdan sakit görünsələr də, yataqda tamamilə fərqli insana çevrilirlər. Qarşı tərəfin sürprizlərini sevirlər. Bir gecədə tək bir cinsi akt onlar üçün yetərli deyil. Eyni zamanda seksin əyləncəli olmasına da xüsusi önəm verirlər.
Oğlaq
Oğlaq kişisi uzun müddətdir hər şeyi bacardıqlarını və tayı-bərabəri olmadığını sübut etməyə çox çalışırlar. Buna görə də partnyorunun dominantlığını qəbul etmirlər. Seksdə bacardıqları qədər sürətlə davranırlar və öz istəklərinin hər zaman qarşı tərəf üçün ən doğru variant olduğuna əmindirlər.
Dolça
Partnyorunu seksə təşviq etməyi asanlıqla bacarır və sonra bir neçə saat onu əldən buraxmırlar. Seks nə qədər əla olsa belə, sonra söhbətlər başlayacaq. Bu zaman o özünü olduğundan daha pis bir insan kimi təqdim edib, başqa münasibətlərindən söhbət açmağa başlayacaq. Uzunmüddətli münasibətdə onlara arxalanmaq olmaz.
Balıq
Onlar seksdən daha çox önsevişmədən həzz alırlar. Çünki balıq kişiləri romantikdirlər və hisslərini önsevişmədə daha yaxşı yaşaya bilirlər. Partnyorunun həzzinə böyük önəm verir və bunun qarşı tərəfin dominantlığını da etiraz etmədən qəbul edirlər.