Doğumdan sonra cinsi əlaqə

16/01/2021

Doğumdan sonra cinsi əlaqə nə zaman münasibdir?

Hamiləliyin başlaması ilə cütlüklərin əksəriyyəti körpələrinə zərər vermək narahatlığı səbəbindən cinsi həyatlarını dayandırırlar. Doğuma qədər arxa plana atılan əlaqə bəzən doğumdan sonra da davam edir və nəticədə cütlüklər arasında soyuqluğa səbəb olur. Hamiləlik zamanı cinsi əlaqə haqqında buradan tanış ola bilərsiniz.

Hamiləlik dövründən davam edən hormonal dəyişikliklər səbəbindən cinsi əlaqə istəksizliyi çox normaldır. Bədənin dəyişməsi ilə cinsiyyət orqanlarının fəaliyyəti də dəyişir, bu da qadınlarda ağrı yaradaraq, cinsi əlaqəni çətinləşdirir. Bütün bu hormonal dəyişikliklər doğumdan bir müddət sonra normala dönməyə başlayır.

Doğumdan sonra cinsi əlaqə zamanı ağrı olurmu?

Doğumdan sonra 4-6 həftə ərzində davam edən qanaxma və axıntı səbəbindən cinsi əlaqədə olduqda, narahatlıq hiss edilə bilər. Bu dövrdə, tədricən azalan və rəngi açılan vaginal qanaxmanın olması normaldır. Bundan əlavə, vaginal bölgədə tikişlər varsa, onlar zədələnə və həddindən artıq ağrıya səbəb ola bilər. Doğumdan bir neçə ay sonra vaginada quruluq yaranması normaldır, amma bu vəziyyətdə, həkimlə məsləhətləşərək, su əsaslı yağlardan faydalana bilərsiniz. Doğumdan sonra bədənin ilk vəziyyətinə qayıtması üçün tələb olunan vaxt 6-8 həftə davam edir. Qeysəriyyə doğum vəziyyətində, qanaxma dayandıqda, bu vaxt 3 həftə müəyyən edilir. Bu zaman aralığından sonra cütlüklər istəkləri ilə cinsi əlaqəyə başlaya bilər.

Normal doğumdan sonra cütlərə tövsiyələr

Doğumdan sonra cütlüklər köhnə həyatlarına qayıtmaq və cinsi həyatlarını yaşamaq üçün bir-birlərinə qarşı anlayışlı və səbirli olmalıdırlar. Cütlüklər doğumdan sonra cinsi əlaqə haqqında, fiziki və mənəvi mübadilələri barədə açıq danışmağı bacarmalıdırlar. Ümumiyyətlə, doğumdan sonra qadının cinsi münasibətə qayıtması, hazırlığı daha uzun çəkir. Buna görə qadın bu barədə ərinə məlumat verməli və münasibətə hazırlıq vaxtının bir az daha uzun müddət saxlanılması lazım olduğunu söyləməkdən çəkinməməlidir.